Peskov: "NATO-nun təlimləri gərginliyin artmasına səbəb olur"

   Peskov:    "NATO-nun təlimləri gərginliyin artmasına səbəb olur"
  14 Oktyabr 2024    Oxunub:830
"Ukrayna münaqişəsi çərçivəsində və “qaynar müharibə” kontekstində Şimali Atlantika Alyansının keçirdiyi “Steadfast Noon” adlı irimiqyaslı nüvə təlimləri yalnız gərginliyin daha da artmasına gətirib çıxarır".
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Bir müddət öncə NATO bəyan etmişdi ki, "Stadfast Noon" təlimi iki həftə davam edəcək. Təlimdə səkkiz hava bazasından olan əsgərlər, müxtəlif tipli təyyarələr, o cümlədən ABŞ-nin nüvə başlıqlarını daşıya bilən döyüş təyyarələri iştirak edəcək. Lakin gəmilərə heç bir hərbi silah yüklənməyəcək. NATO bildirib ki, 2024-cü ildə təlimlər əsasən Belçika və Hollandiya üzərində uçuşlarə, həmçinin Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindəki hava məkanını əhatə edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti