Prokurorluq Mirqədirovla bağlı təqdimat verdi

Prokurorluq Mirqədirovla bağlı təqdimat verdi
  15 İyul 2014    Oxunub:1412
İyulun 15-i Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin 3 ay uzadılması barədə təqdimata baxılacaq.
Təqdimatla Baş Prokurorluq çıxış edib. “Media forum” saytına danışan vəkil Elmar Süleymanov deyib ki, proses saat 16-da başlayır.

Xatırladaq ki, 53 yaşlı Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.


Teqlər:  





Xəbər lenti