Politico: “Budapeşt Ukraynaya yardımı pozmaq istəyir”
“Orbanın tapdığıl yol budur ki, noyabrda Ağ Evdə ikinci müddətə qalib gəlməsi Trampa ABŞ, Avropa İttifaqı və G7 liderlərinin Ukraynaya təklif etdiyi 50 milyard dollarlıq kreditdən boyun qaçırmağa imkan yaradacaq. Bu, prezidentliyə namizədə məsuliyyəti öz üzərindən götürməyə və qalib gələcəyi təqdirdə respublikaçı seçicilərə “Ukraynaya bir qəpik də verməyəcəyini” söyləməyə imkan verəcək”, - qəzetdə dərc olunan məqalədə deyilir.
Brüssel və Vaşinqton kredit razılaşmasını birlikdə imzalasalar, yenidən seçilən Tramp illər boyu ona xidmət göstərməyə məcbur olacaq. Amma ABŞ-nin iştirakı olmadan kredit təsdiqlənərsə, onun belə öhdəlikləri olmayacaq. Buna görə də Orban hazırda kreditin verilməsini əngəlləyir.
Ukrayna üçün nəzərdə tutulan kreditin Qərbdə dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcəyi ehtimal olunur. Bu aktivlərin ümumi dəyəri 300 milyard dollardan çoxdur. Dondurulmuş vəsaitlərin mütləq əksəriyyəti Aropba ölkələrində olduğu üçün onlar bu prosesdə iştirak etmək baxımından daha yaxşı mövqeyə malikdirlər.
Sahil İsgəndərov
AzVision.az