ABŞ-ın yeni UFO isteriyası - Nə vura bilirlər, nə də tuta |
Mənbələr əsasən gecə saatlarında bu anormal halın müşahidə edildiyini söyləyiblər. Aviabazanın əməkdaşları komandanlığa gün batandan 45 dəqiqə sonra mənşəyi məlum olmayan obyektlərin səmada peyda olması barədə məlumatlar veriblər. Pilotsuz aparatlar cənuba, ən böyük dəniz limanının yerləşdiyi Norfolka doğru uçublar. Onların uçuş hündürlüyü təxminən 900-1200 m, sürəti isə 160 km/saat olub.
Hələlik obyektlərin mənşəyi və onların reydlərinin məqsədi müəyyən edilməyib. Səslənən versiyalar arasında həm bazaya həvəskar pilotsuz təyyarələrin buraxılması, həm də Rusiya və ya Çin tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar da var.
Qəzetin yazmasına görə. məsələnin maraqlı tərəfi hərbçilərin bu sirli uçan obyektləri vurmamasıdır. Çünki federal qanuna görə, əgər uçan aparatlar bazaların yaxınlığında hərbi obyektlərə təhlükə yaratmırlarsa, onları vurmaq qadağandır.
Tural Tağıyev
AzVision.az