Deputat qardaşının zavodundan DANIŞDI

Deputat qardaşının zavodundan DANIŞDI
  15 İyul 2014    Oxunub:2045
Millət vəkili İqbal Ağazadə qardaşı İlqar Ağazadəyə məxsus olduğu iddia edilən zavodla bağlı mətbuatda yer alan şikayətlərə münasibət bildirib.
AzVision.az-a açıqlamasında deputat jurnalistlərə irad tutaraq sözügedən zavodun qardaşının adına olmadığını bildirib:

“Zavoddur, nədir bilmirəm, birincisi, öyrənsinlər görsünlər ki, o zavod mənim qardaşımım adınadır, ya yox? Jurnalistlər yazanda bunu araşdırsınlar, yazanda heç olmasa dəqiq yazsınlar. İkinci, əgər elə bir problem varsa, Ekologiya Nazirliyi var, başqa strukturkar var, bununla onlar məşğul olsunlar da. Mənə nə aidiyyatı var? Yenə deyirəm, araşdırsınlar görsünlər mənim qardaşımdırmı? Xəbər yazmaq istəyirlərsə, heç olmasa dəqiq informasiya yazsınlar da. Qaldı ki, sakinlərin narazıçılığına, əgər ekologiyanı çirkləndirisə, Ekologiya Nazirliyinə müraciət etsinlər də. Nazirlik də baxsın ki, kim çirkləndirir, niyə çirkləndirir. Mənim oturduğum Milli Məclisin kreslosu deyil ki, sizə deyim ki, bəli İqbal Ağazadənindir. Hər kəs qanun qarşısında bərabərdir. Burada problem olan nə var ki?”-deyə İ.Ağazadə vurğulayıb.

Qeyd edək ki, Bakının Xətai rayon Həzi Aslanov qəsəbəsinin sakinləri mətbuata şikayətlə müraciət edərək millət vəkili İqbal Ağazadənin qardaşına məxsus beton zavodunun ekoloji mühitinə ciddi zərbə vurduğunu bildirirlər. Həmin zavodun deputatın qardaşı Ağazadə İlqar Fehruz oğluna məxsus olduğu deyilir.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti