Koçaryanın oğlunun əmlakı və 6,9 milyon dolları müsadirə edilir

   Koçaryanın oğlunun əmlakı və  6,9 milyon dolları  müsadirə edilir
  11 Oktyabr 2024    Oxunub:931
Ermənistan prokurorluğu keçmiş prezident, hərbi cani Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryanın və onun həyat yoldaşının daşınmaz əmlakını müsadirə etmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a aidiyyəti qurumlardan məlumat verilib.

"Məni həbs edəcəklər" - Koçaryanın oğlu
Söhbət 14 daşınmaz əmlakdan və 2,7 milyard dramdan (6,9 milyon dollar-red.) gedir. Baş Prokurorluq məhkəməyə bununla bağlı müvafiq iddia təqdim edib.

Qeyd edək ki, hərbi cani Robert Koçaryan son zamanlar yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Sentyabrda ölkənin keçmiş rəhbərinə qarşı məşhur "Mart işi" üzrə məhkəmə istintaqı bərpa edilib. O, 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələrin təşkilində və ya proseslərdə iştirakda ittiham olunur. Həmin vaxt Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət prezident seçkilərinin nəticələrinə etiraz olaraq aksiyaları keçirmişdi. Martın 1-də təşkil olunan mitinq İrəvanda iğtişaşlarla nəticələndi və 10 nəfər həlak oldu.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Koçaryan   Məhkəmə  





Xəbər lenti