Aİ miqrantların deportasiyası mexanizmini sərtləşdirir

   Aİ miqrantların deportasiyası mexanizmini sərtləşdirir
  10 Oktyabr 2024    Oxunub:872
Bir çox Aİ ölkələri hesab edir ki, miqrantlarla mübarizə üçün əlavə tədbirlərə ehtiyac var.
AzVision.az xəbər verir ki, bu barədə “ Politico ” qəzeti bildirir.

Adını açıqlamayan avropalı diplomat deyib ki, “Qovulmanın effektivliyini artırmaq üçün daha çox iş görülə bilər”.

Onun sözlərinə görə, Aİ-nin bir çox ölkələri Aİ-nin icra orqanının bu istiqamətdə işə başlaması üçün Avropa Komissiyasının yenilənmiş tərkibinə təzyiq etməyin tərəfdarıdır.

Oktyabrın 10-da Avropa İttifaqının Daxili İşlər Nazirliyinin rəhbərləri Lüksemburqda qapalı iclas çərçivəsində siyasi blokun miqrasiya siyasətinin sərtləşdirilməsi tədbirlərini müzakirə edəcəklər.

Oktyabrın 3-də Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərqdə münaqişələrin kəskinləşməsi fonunda qaçqın axını təhlükəsini müzakirə ediblər .

AzVision.az




Teqlər:   miqrant   qanun  





Xəbər lenti