Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verildi

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verildi
  10 Oktyabr 2024    Oxunub:705
Cənubi Koreyalı yazıçı Han Qanq 2024-cü ilin Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Qərarın əsaslandırma hissəsində qeyd edilib ki, yazıçı güclü poetik nəsrləri ilə seçilib. O, tarixi travmaları və insan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə bu mükafata layiq görülüb.

"Yazıçı bədən və ruh, diri və ölü arasındakı əlaqə haqqında unikal anlayışlara malikdir. Onun poetik və eksperimental üslubu müasir nəsrdə yenilikçi olub", - komitənin bəyanatında deyilir.

Han Qan 27 noyabr 1970-ci ildə anadan olub. O, 2016-cı ildə "Man Booker" mükafatına layiq görüldüyü “Vegeterian” və “İnsan davranışı” romanları ilə məşhurlaşıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti