Çin Qərb zavodlarında Rusiya üçün avtomobil istehsal edir

Çin    Qərb zavodlarında    Rusiya üçün avtomobil istehsal edir
  10 Oktyabr 2024    Oxunub:808
Çinin avtomobil istehsalçısı olan “Chery” şirkəti Rusiyada Volkswagen və Mercedes də daxil olmaqla Qərb rəqiblərindən qalan üç zavodda avtomobil yığmağa başlayıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukraynaya genişmiqyaslı müdaxilə səbəbindən Qərb rəqiblərinin əksəriyyəti Rusiyanı tərk etdikdən sonra Çinin avtomobil istehsalçıalrı satışlar baxımından Rusiya avtomobil bazarının yarıdan çoxunu ələ keçiriblər. İndi onlar Rusiya istehsalının böyük hissəsini əhatə etmək üçün öz təsir dairələrini genişləndirirlər.

Hazır avtomobillərin idxalı ilə yanaşı, Rusiyada minik avtomobillərinin satışının demək olar ki, beşdə birini təşkil edən “Chery” şirkəti həm də Rusiyanın üç zavodunda avtomobillərin montajı işlərini tamamlayır. Rusiyanın daxili bazarı məhdud istehsal və istifadə olunmamış istehsal gücü ilə mübarizə apardığı üçün şirkət çox güman ki, güclü daxili tələbata istinad edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Rusiya   Qərb  





Xəbər lenti