Peskov: "Yaxın Şərqdə münaqişənin genişlənməsi fəlakətə gətirib çıxaracaq"

   Peskov:    "Yaxın Şərqdə münaqişənin genişlənməsi fəlakətə gətirib çıxaracaq"
  10 Oktyabr 2024    Oxunub:963
"Yaxın Şərqdə münaqişənin genişlənməsinin nəticələri bütün region üçün fəlakətli olacaq".
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə səsləndirib.

"Mən münqaişə coğrafiyasının daha da genişləndirilməsi haqqında danışmaq belə istəmirəm.Amma təəssüf edərək bildirməliyəm ki, hərbi əməliyyatların coğrafiyası artıq genişlənir. Biz indi də münaqişəyə Livan cəbhəsinin də əlavə olunduğunu görürük. Bütün bunlar təbii ki, mülki infrastrukturun məhvinə gətirib çıxarır. On minlərlə, yüz minlərlə insan evlərini, dolanışıq vasitələrini və işlərini itirir”, - Kreml rəsmisi qeyd edib.

Qeyd edək ki, oktyabr ayının birindən İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının obyektlərini və infrastruktrunu sıradan çıxarmaq məqsədilə quru əməliyyatına başladığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti