Erməni əsgərin sümüklərinə sahib çıxmırdılar, 4 il sonra basdırıldı

Erməni əsgərin sümüklərinə sahib çıxmırdılar,    4 il sonra basdırıldı
  10 Oktyabr 2024    Oxunub:799
Ermənistan mediasında müharibədən 4 il keçməsinə baxmayaraq hələ də uğursuz döyüşlər, ölən hərbçilər, itkin və fərarilik mövzusunda ittiham xarakterli məqalələr dərc olunur.
Yerli saytlar valideynlərin cəsəd qalıqlarına yaxın durmamasından da yazır.

Məğlubların matəmi: Morqlarda 88 erməni cəsədi "yatır"
Bu gün məlum olub ki, artıq bir valideyn övladının cəsəd qalıqlarına sahib çıxıb.

Janna Gevorqyan adlı şəxs özünün sosial şəbəkə hesabında yazıb ki, əsgəri artıq dəfn edəcəklər və revanşist ideyalarından əl çəkməyəcək. “Əziz dostlar, dərin təəssüf hissi ilə bildirirəm ki, 4 il ağır gözləntilərdən sonra Hayk Manukyanın DNT-si təsdiqləndi. Haykın dəfn mərasimi oktyabrın 12-də saat 13:00-da Nork ailə qəbiristanlığında keçiriləcək. Əgər mübarizə aparmasaq, matəmimiz də əbədi olacaq. Bizim Hayka görə və onun ideyaları uğrunda olan mübarizəmiz həmişə davam edəcək",- əsgər anası yazıb.

Ötən ay "Joğovurd" nəşri bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, müharibədən 4 il keçsə də morqlarda 88 nəfərin cəsəd qalıqları qalıb: "Bu əsgərlərin DNT-si müəyyən edilsə də basdırılmayıblar. Ermənistanın Səhiyyə Nazirliyi bəyan edir ki, döyüşdən 4 il keçsə də, müharibə qurbanlarının valideynləri DNT araşdırmasının nəticələrini rədd edirlər".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti