Tramp: “Revanş matçı olmayacaq”

      Tramp:    “Revanş matçı olmayacaq”
  10 Oktyabr 2024    Oxunub:789
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp demokratların namizədi Kamala Harrislə təkrar debat olmayacağını bildirib.
AzVision.az xəbər verir ki, Tramp debat keçirməyin mənasız olduğunu iddia edib. Çünki onun rəqibi olan Kamala Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini açıqlayıb.

“Dünən Kamala açıq şəkildə bildirdi ki, o, Co Baydendən fərqli bir şey etməyəcək. Ona görə də mübahisə edəcək bir şey yoxdur. Revanş matçı olmayacaq, çünki artıq gecdir, səsvermə artıq başlayıb”, - Donald Tramp “Fox News” kanalının oktyabrın 24 və ya 27-də debatların keçirilməsi təklifinə cavab olaraq “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, keçmiş prezidentlə indiki vitse-prezident arasında ilk debat sentyabrın 10-da baş tutub. “CNN” telekanalının və “SSRS” proqram serverinin keçirdiyi sorğunun nəticələrinə əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib gəldiyini bildirib. Hadisənin Harrisin mövqeyini yaxşılaşdırmaq üçün bir şans olacağını iddia edən Donald Tramp debatların ikinci tutundan boyun qaçırıb. Harris isə əksinə, ikinci turu keçirməyə hazır olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Harris   debat  





Xəbər lenti