"Hizbullah"ın daha 2 komandiri öldürülüb - VİDEO

   "Hizbullah"ın daha 2 komandiri öldürülüb -    VİDEO
  10 Oktyabr 2024    Oxunub:905
İsrailin Hərbi Hava Qüvvələrinin Livanın cənubuna aviazərbəsi nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının daha iki ali hərbi komandiri ölüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onlardan biri İsrailin Kiryat Şmona şəhərinə mütəmadi raket hücumlarının təşkilatçısı Əhməd Mustafa Əlhəc Əli, digəri isə Meys Əl-Cəbəl kəndində yerləşən tank əleyhinə korpusun komandiri Məhəmməd Əli Həmdandır.
Borrel: "Livan əhalisinin 20%-i didərgin düşüb"

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib. Münaqişə fonunda Livanda 1,2 milyon insan öz yurd-yuvasından didərgin düşərək təhlükəsiz ərazilərə sığınmağa məcbur qalıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   münaqişə  





Xəbər lenti