Avropa Rusiya qazından asılılığa son qoya bilmir

Avropa Rusiya qazından    asılılığa    son qoya bilmir
  10 Oktyabr 2024    Oxunub:900
Bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatır. Avropa İttifaqının (Aİ) əksər ölkələri üçün bu problem yaratmasa da, Avstriya, Slovakiya və Macarıstan ciddi problemlə üzləşəcəklər.
“Politico” nəşrinin yazdığına görə, 2021-cü ildə Rusiya boru kəməri qazının Aİ-nin enerji idxalında payı 40%-dən çox olduğu halda, ötən il bu rəqəm cəmi cəmi 8% təşkil edib.

Bütövlükdə Aİ üçün Ukraynadan qaz tranzitinin əhəmiyyəti çox azdır - 2023-cü ildə qaz idxalının yalnız 5%-i bu marşrutla həyata keçirilib. Bununla belə, Mərkəzi və Şərqi Avropa üçün bu qaz kəməri həyati əhəmiyyət kəsb edir.

Avstriya bu il bildirib ki, 98% Rusiya qazından asılıdır və bu həcmin onun böyük hissəsi məhz Ukrayna ərazisindən keçməklə nəql olunur. Slovakiya da həmin marşrutla bir neçə milyard kubmetr qaz alıb. Macarıstan Ukraynadan keçən kəmər vasitəsilə Rusiyadan daha az mavi yanacaq alsa da, ümumilikdə Moskvanın enerji təchizatından çox asılıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya   qaz  





Xəbər lenti