Ukrayna Kurskda 21 300-dən çox hərbçi itirib

Ukrayna Kurskda    21 300-dən    çox hərbçi itirib
  09 Oktyabr 2024    Oxunub:831
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində verdiyi itkilərin sayı 21 mini ötüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 21 350-dən çox hərbi qulluqçusunu itirib", - məlumatda qeyd edilib.

ABŞ müdaxilədən çox əvvəl Putinin planlarından xəbərdar olub
Bundan əlavə, ukraynalılar məlum istiqamətdə 136 tank, 66 piyada döyüş maşını, 98 zirehli transportyor, 891 zirehli döyüş maşını itirib. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri 33 MLRS buraxılış qurğusu, doqquz hava hücumundan müdafiə sistemi və 45 radioelektron mübarizə stansiyasını da itirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Kursk  





Xəbər lenti