“Benjamin Button" xəstəliyindən əziyyət çəkən Semmi Basso öldü

“Benjamin Button" xəstəliyindən əziyyət çəkən Semmi Basso öldü
  09 Oktyabr 2024    Oxunub:680
Hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Displaziya" xəstəliyindən əziyyət çəkən ən "uzunömürlü" insan Semmi Basso 28 yaşında vəfat edib.
Semmi Basso dünyada hər 20 milyon insandan birində rast gəlinən nadir xəstəlikdən əziyyət çəkirdi. 1995-ci ildə İtaliyada anadan olan Semmi Bassoya iki yaşında ikən progeriya diaqnozu qoyulub. Bu nadir xəstəlik“Benjamin Button” xəstəliyi olaraq da bilinir.

2005-ci ildə ailəsinin dəstəyi ilə xəstəlik haqqında insanları məlumatlandırmaq üçün İtaliya Progeria Dərnəyi quruldu. Bassonun həyatı yalnız xəstəliyə çarə tapmaq üçün keçib. O, "National Geographic"in "Sammy's Journey" (Semminin səyahəti) sənədli filmi sayəsində məşhurlaşıb.

Semmi Basso 2024-cü il oktyabrın 5-də axşam yeməyində ailəsi ilə nahar edərkən qəflətən dünyasını dəyişib.

Benjamin Button xəstəliyi nədir?

"Hutchinson-Gilford" sindromu, Benjamin Button xəstəliyi və progeriya sindromu kimi də tanınan xəstəlik insanların sürətlə qocalmasına, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur və müalicə olunmazsa, insan ömrünün 13,5 il olmasına səbəb olur.

Nadir və ölümcül genetik xəstəlik olan progeriya xəstəliyini daşıyan körpələrdə saç tökülməsi, yağ toxumasının itirilməsi, baş dərisində damarların görünməsi, oynaqların sərtləşməsi kimi simptomlarla müşahidə olunur.

Hazırda dünyada 130 progeriya xəstəsi var, onlardan dördünün Samminin doğulduğu ölkə olan İtaliyada olduğu deyilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: BenjaminButton   SemmiBasso  





Xəbər lenti