İrəvan polisi aksiya öncəsi Baş Prokurorluğun mühafizəsini gücləndirib

İrəvan polisi aksiya öncəsi Baş Prokurorluğun mühafizəsini gücləndirib
  09 Oktyabr 2024    Oxunub:780
Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə yeni və kütləvi etiraz aksiyaları planlaşdırılır.
Xarici KİV-in yaydığı məlumata görə, İrəvan polisi aksiya ərəfəsində Ermənistan Baş Prokurorluğunun binasında mühafizəni gücləndirib.
Ötən həftənin sonunda “Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını oktyabrın 9-da Baş Prokurorluğun binasına toplaşmağa çağırmışdı.

Qeyd edək ki, aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyasının iclasında Qazax rayonunun 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılmasına dair razılıq əldə edildi. Bundan sonra məlum tədbirlərə qarşı çıxan keşiş Baqrat Srbazan “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaratdı. O,İrəvana doğru yürüş edərək, burada qarışıqlıq salmağa çalışdı. Yayda fasilə götürən radikallar yenidən siyasi dövriyyəyə qayıtmağa çalışırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti