Kadırovun oğlundan çeçenlərə son xəbərdarlıq

Kadırovun oğlundan çeçenlərə son xəbərdarlıq
  08 Oktyabr 2024    Oxunub:848
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, bədən tərbiyəsi və idman naziri postunu tutan Axmat Kadırov Telegram kanalında diqqət çəkən paylaşım edib.
O, çeçenləri pop-MMA-da iştirak etməməyə çağırıb.

“Rinqdə və ondan kənarda olan fəaliyyətləriniz, davranışlarınız xalqımızın şərəfini və bizim inancımızı gözdən salır. Bu son xəbərdarlıqdır! Pop-MMA-da fəaliyyətinizi dayandırın. Bu, bizim adət-ənənələrimizə və dəyərlərimizə ziddir”, - Axmat Kadırov yazıb.

O qeyd edib ki, əks halda konkret tədbirlər görüləcək.

Bundan əvvəl pop-MMA döyüşçüsü Zəlimxan Yusupov Mahaçqalada 4 güllə yarası almışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti