Avropanın ən böyük iqtisadiyyatı dərinləşən böhranla üzləşib

   Avropanın ən böyük iqtisadiyyatı    dərinləşən böhranla    üzləşib
  08 Oktyabr 2024    Oxunub:810
Avqustun sonunda Almaniyanın emal sənayesində sifarişlərin ixtisarı aylıq ifadədə 5,8 faiz təşkil edib ki, bu da 2024-cü ilin əvvəlindən bəri ən kəskin azalmadır.
AzVision.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatları avrozonanın ən böyük iqtisadiyyatının güclənən böhranla üzləşdiyini göstərir.

“İllik ifadədə sifariş həcmlərində azalma daha az olub və 3,9 faiz təşkil edib. İyulda isə dinamika əksinə idi. İkinci yay ayı ərzində Almaniyanın emal sənayesində sifarişlərin həcmi aylıq olaraq 3,9 faiz, illik bazada isə 4,6 faiz artıb”, - Destatisin hesabatında bildirilir.

Qurum avqust ayının mənfi dinamikasını bir sıra amillərlə əlaqələndirib. Analitiklər əsas səbəb kimi iri sifarişlərin əksəriyyətinin iyul ayında alıdığını göstəriblər. Söhbət xüsusilə gəmilərin, təyyarələrin, dəmir yolu nəqliyyatının və hərbi texnikanın istehsalı üzrə müqavilələrdən gedir. Böyük sifarişlər nəzərə alınmasa, avqustda azalma o qədər də əhəmiyyətli olmayacaq və 3,4 faiz təşkil edəcəkdi. Bundan əlavə, dinamikaya avrozona ölkələrindən gələn sifarişlərin həcminin 10,5 faiz azalması təsir göstərib.

Bundan əvvəl “Bloomberg” agentliyi Almaniyada işsizlərin sayının kəskin şəkildə artdığını yazmışdı. Beləliklə, 2024-cü ilin sentyabr ayının sonunda Almaniyanın əmək qabiliyyətli yaşda olan işsiz vətəndaşlarının ümumi sayı 17 min nəfər artıb. Bu nəticə cəmi 3,5 min artım proqnozlaşdıran analitiklərin gözləntilərini xeyli üstələyib. Mütəxəssislər bu dinamikanı Almaniya iqtisadiyyatının əsas sektorlarında, o cümlədən kimya, avtomobil və elektrik avadanlıqları sahələrində ixtisaslı kadrların kəskin çatışmazlığı ilə əlaqələndiriblər.

Avropanın etirafı: “Rusiya bizə lazımdır”
Qeyd edək ki, son vaxtlar Avropa iqtisadiyyatında qeydə alınan neqativ halların Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qaynaqlandığı barədə Avropa İttifaqına üzv olan (Aİ) ölkələrin liderləri tərəfindən verilə bəyanatlar xeyli intensivləşib. Vaşinqtonun təzyiqi altında Brüssel bürokratiyasının Rusiya ilə iqtisadi əlaqələri maksimum dərəcədə məhdudlaşdırmasından narazı olan həmin liderlər belə səbatsız siyasətin dəyişdirilməsi zərurətini vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   iqtisadiyyat   böhran  





Xəbər lenti