İrlandiyalı deputat Rusiyanın casusu olub

   İrlandiyalı deputat Rusiyanın    casusu    olub
  08 Oktyabr 2024    Oxunub:1063
Rusiya kəşfiyyatı İrlandiya parlamentinin deputatını Moskvanın maraqlarından çıxış edən “köstəbək” kimi ələ alıb.

AzVision.az xəbər verir ki, “Politico” nəşrinin iki yüksək vəzifəli məmura istinadən yaydığı məlumata görə, hadisə 2019-cu ilə təsadüf edib. Rusiya kəşfiyyatının bunda məqsədi Böyük Britaniya Avropa İttifaqından çıxmaq prosedurunu başa vurarkən İrlandiya ilə Böyük Britaniya arasında gərginliyi qızışdırmaq olub. Materiallarda adı çəkilməyən irlandiyalı deputat “Kobalt” ləqəbi daşıyıb.

“O, hələ də deputatdır və heç bir cinayət törətmədiyi üçün ona qarşı ittiham irəli sürülməyib və həbs edilməyib. Müstəntiqlər “Kobalt”ın məxfi sənədləri Rusiyaya verməsi və ya Moskvadan pul alması ilə bağlı heç bir sübut tapmayıb. Eyni zamanda bəziləri onun Rusiya tərəfi ilə əlaqələrini davam etdirdiyini düşünürlər”, - nəşr yazır.

Materialda bildirilir ki, irlandiyalı deputatın ələ alınmasını “casus” adlandırılan rusiyalı diplomat həyata keçirib. O, İrlandiyanın 2022-ci ilin martında “Baş Kəşfiyyat İdarəsinin (BKİ) işçiləri” kimi ölkədən qovduğu Rusiya səfirliyinin dörd əməkdaşı arasında idi.

Jurnalistlər İrlandiyanın baş naziri Saymon Harrisdən parlamentdə “Rusiya agenti”nin olub-olmadığını soruşduqda o, məlumatı təsdiqləyə bilməyəcəyini desə də, lakin “bu, bizim üçün sürpriz olmamalıdır” ifadəsini işlədib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İrlandiya   Rusiya   deputat  





Xəbər lenti