Türkiyə Livana 2 gəmi göndərir

   Türkiyə Livana 2 gəmi göndərir
  08 Oktyabr 2024    Oxunub:854
Türkiyə Hərbi Dəniz Qüvvələri Livanda yaşayan 2000 ölkə vətəndaşının evakuasiyası üçün sabah xüsusi təyinatlı 2 gəmi göndərəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, ölkənin Mərsin şəhərindən yola çıxan gəmilər Livanın Beyrut şəhərinə üz tutacaq. Evakuasiya prosesinin, lazım gələrsə, bir neçə gün çəkəcəyi diqqətə çatdırılır. Eyni zamanda, Livana həmin gəmilər vasitəsilə humanitar yardım göndəriləcəyi vurğulanır.
Rusiya bir qrup vətəndaşını Beyrutdan çıxarıb - VİDEO

Xatırladaq ki, İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında ötən il oktyabrında başlayan sərhədboyu toqquşmaların artması, İsrailin Livana qurudan hücuma keçməsi bir çox ölkənin bu ölkəyə səyahət barədə xəbərdarlığı ilə nəticələnib. Bir sıra ölkə, o cümlədən Rusiya öz vətəndaşlarını Livandan çıxarmaq üçün tədbirlər görür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Livan   evakuasiya  





Xəbər lenti