Qərb Ukraynanı alman modeli ilə bölməyə hazırlaşır - "Financial Times"

   Qərb Ukraynanı alman modeli ilə bölməyə hazırlaşır    - "Financial Times"
  07 Oktyabr 2024    Oxunub:981
Qərbdə Ukraynanın bölünməsi məsələsi müzakirəyə çıxarılıb. Buna Almaniya Federativ Respublikası(AFR) və Almaniya Demokratik Respublikasının(ADR) yaradılması nümunə göstərilir.
Bu fikirlər Financial Times-də dərc edilən məqalədəndir.
Yazıda qeyd edilib ki, belə bir model artıq il yarımdan çoxdur ki, Qərb ölkələrinin xarici siyasət dairələrində nəzərdən keçirilir.

Çexiya prezidenti Kiyevi öz taleyi ilə barışmağa çağırıb
Müəllif Kiyevin NATO-ya üzvlük naminə ərazi güzəştlərinə gedə biləcəyini də yazıb. Qərb diplomatları və daha çox Ukrayna rəsmiləri belə hesab edirlər ki, bu məntiqli təhlükəsizlik təminatları problemin danışıqlar yolu ilə nizamlanmasının əsasını təşkil edə bilər: "Təklif olunan yeni həll yolu Rusiyanın Ukrayna ərazisinin bir hissəsi üzərində faktiki olsa da, qanuni olmayan nəzarətini saxlayacaq".

Qəzetin yazdığına görə, məlum təşəbbüs rəsmi dairələrdə getdkcə daha geniş vüsət alır. Çexiya prezidenti və NATO-nun keçmiş generalı Petr Pavel təklif edib ki, yeni inzibati sərhədlərin yaradılması müvəqqəti sayılmalıdır. Belə olan təqdirdə Kiyev nəzarət etdiyi ərazilərlə birgə alyansa qəbul edilə bilər.

Buna dair tarixi nümunə də var. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Qərbi Almaniyanın 1955-ci ildə alyansa daxil olduğunu xatırladıb. O, həmçinin qeyd edib ki, ABŞ-nin Yaponiyaya verdiyi təhlükəsizlik təminatları Kuril adalarına şamil edilmir. Hansılar ki, Tokio bu adalardan dördünü özününkü hesab edir.

Serbiya prezidenti Aleksandar Vuçiç də bu mövzuda diqqət çəkən fikirlər səsləndirib. O, sentyabrın sonunda TV Informer-ə müsahibəsində Ukraynada münaqişəsinin daha 10 il davam edə və Koreya ssenarisi ilə bitə biləcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, ABŞ-də Ukrayna məsələsi vacib problemlər sırasında yalnız “doqquzuncu yerdədir”. Bununla belə ABŞ Ukraynada Rusiyaya qarşı sərt mübarizə aparacaq. Lakin o, müəyyən həddi aşmayaraq öz maraqlarını da qoruyacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   NATO   Münaqişə  





Xəbər lenti