Mirzoyan MDB XİN rəhbərlərinin iclasında iştirak edəcək

Bildirilir ki, iclasda nazirlər MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə yanaşı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Eyni zamanda, 2025-ci il üçün Nazirliklərarası Məsləhətləşmələr Planı, 2025-2026-cı illər üzrə Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsinə, habelə Aşqabadın yeni idman şəhəri seçilməsinə dair tədbirlər planı haqqında qərarların qəbulu gözlənilir.
İclasda həmçinin vəkillik, media və könüllülük sahələrində 4 yeni baza təşkilatının yaradılması təsdiqlənəcək.
Xatırladaq ki, MDB Xarici İşlər Nazirləri Şurasının axırıncı iclası aprelin 12-də Minskdə baş tutmuşdu.
Firudin Həmidli
AzVision.az
Teqlər: MDB XİN iclas Ermənistan