İsrailə 26 mindən çox raket və PUA atılıb

   İsrailə 26 mindən çox raket və PUA atılıb
  07 Oktyabr 2024    Oxunub:945
İsrail Müdafiə Qüvvələri (TSAXAL) hərbi əməliyyatların bir ili ərzində ölkə daxilində 26 mindən çox mərmi, raket və Pilotsuz Uçan Aparatların(PUA) buraxılışını qeydə alıb.
Bu barədə TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Xamenei: "HƏMAS"ın hücumu İsraili 70 il geriyə atdı"
Məlumata görə, sursatlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb. Bundan əlavə, ölkə ərazisinə İrandan 400, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hədəfi gəlib.

Qeyd edək ki, Fələstinin "HƏMAS" hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və xeyli sayda əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı arzuolunmaz davranışlarına cavab adlandırıblar. Bundan sonra İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ərazini və Livan ilə Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Mərmi   TSAXAL   Qəzza  





Xəbər lenti