Xırdalanda 3 otaqlı evdə yanğın

Xırdalanda 3 otaqlı evdə yanğın
  14 İyul 2014    Oxunub:895
Abşeron rayonu, Xırdalan şəhərində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin döşəməsi və qapı-pəncərəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti