Paşinyan Sarqsyanın silahlanma planını dəyişib

Paşinyan Sarqsyanın    silahlanma    planını dəyişib
  16 Sentyabr 2024    Oxunub:1114
Serj Sarqsyan öz hakimiyyəti dövründə Ermənistanın yenidən silahlanması üçün 2500-ə yaxın PUA almağı planlaşdırırdı ki, bunun da təxminən yarısı 2020-ci ildə gətirilərək istifadəyə verilməli idi.
AzVision.az xəbər verir ki, Serj Sarqsyanın sədri olduğu müxalifətçi “Respublika” partiyasının Ermənistan parlamentindəki nümayəndəsi Ayk Mamicanyan belə iddia səsləndirib.

Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra pilotsuz təyyarələr əvəzinə müharibə zamanı istifadə olunmayan “SU-30” qırıcı təyyarələrini almağa qərar verib.

Qeyd edək ki, onilliklər boyu Rusiyanın, demək olar ki, Ermənistana verdiyi silahların keyfiyyəti, habelə ölkənin silahlarla təchiz olunması çərçivəsində böyük korrupsiya sxemlərinin mövcudluğu barədə Ermənistanda zaman-zaman qalmaqallar yaşanır. Maraqlıdır ki, bu qəbildən olan cinayətlərdə əvvəlki və indiki hakimiyyət bir-birini günahlandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Sarqsyan   silahlanma  





Xəbər lenti