Ankara Ukrayna ilə bağlı bəyanat yayıb

   Ankara Ukrayna ilə bağlı bəyanat yayıb
  16 Sentyabr 2024    Oxunub:1230
Türkiyə Ukraynadakı müharibənin tezliklə bitməsinə çalışır. Bunun üçün Ankara Ukraynanın maraqlarını nəzərə alaraq sülh danışıqlarından yararlanmağı təklif edir.
AzVision.az xəbər verir ki, Türkiyə Xarici İşlər nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürk “Amerikanın səsi” radiosuna müsahibəsində Ankaranın “tərəddüd etmədən” Ukraynanı dəstəklədiyini bildirib. Eyni zamanda, o, bu dəstəyin təkcə Krım tatarları məsələsi ilə bağlı olmadığını vurğulayıb.

“Biz bütün ukraynalıları öz bacılarımız və qardaşlarımız hesab edirik, ona görə də mən onlara bütün qəlbimlə köklənirəm. Müharibənin sonunu sülh danışıqlarında axtarmaq lazımdır. Heç bir müharibə əbədi davam etməyib. Bu müharibədə sülhün bağlanması şəraitində, təbii ki, Ukrayna xalqının legitim və qanuni maraqlarına hörmət də olmalıdır. Amma biz bunu da başa düşməliyik ki, sülh danışıqlarından balanslaşdırılmış nəticə əldə etməliyik”, - Türkiyə XİN-in təmsilçisi deyib.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında Rusiya və Ukraynanın nümayəndə heyətləri Türkiyənin İstanbul şəhərində ilkin sülh sazişinin imzalanması barədə razılığa gəlmişdilər. Lakin Qərbin müdaxiləsindən sonra razılşamanın şərtlərindən geri çəkilən Kiyev sazişi imzalamaqdan imtina etdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Ukrayna   sülh  





Xəbər lenti