Millət vəkili Eldar Sabiroğlunu tanımadı

Millət vəkili Eldar Sabiroğlunu tanımadı
  12 İyul 2014    Oxunub:1533
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, Eldar Sabiroğlunun Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla bağlı səsləndirdiyi fikirlər cavabsız qalmayıb.

A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasov məsələ ilə bağlı AzNews.az-a açıqlama verərək ilk olaraq, belə bir adamı tanımadığını deyib: “Hə, o Müdafiə Nazirliyindən qovulan Eldar Sabiroğlunu deyirsiniz? O kimdir ki “İstiqlal” ordenindən danışır? Nə deyibsə, Allah canını sağ eləsin. Ramazan ayı mübarək, süfrəsi ruzi bərəkətli olsun. Allah ürəyinə görə versin”.

Qeyd edək ki, E.Sabiroğlu Abbas Abbasovun “İstiqlal” ordenini əlindən alınmalı olduğun bildirib.


Teqlər:





Xəbər lenti