Ötən günlərdə Qrossi ilə Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyasının ("Rosatom") direktoru Aleksey Lixaçyev arasında telefon danışığı baş tutub. Onlar Kursk və Zaporojye AES-lərindəki vəziyyətlə bağlı müzakirə aparıblar. Stansiyaları ətrafında vəziyyətin pisləşdiyini diqqətə çatdıran Lixaçyev agentliyin rəhbərini Kursk AES-ə baş çəkməyə çağırıb.
Kurska hücum müharibədə vəziyyəti dəyişəcəkmi? |
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kurska hücum həyata keçirib. Ərazidə döyüşlər davam edir.
Firudin Həmidli
AzVision.az