Onların sözlərinə görə, Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının rəhbəri Həsən Nəsrullah son günlər "məqsədyönlü hücum həyata keçirməyi" planlaşdırır.
"Hərçənd onun himayədarı İran özünü elə göstərir ki, HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavabən hazırlaşdığı böyük əməliyyatdan artıq əl çəkib", - rəsmi şəxslər vurğulayırlar.
Məlumdur ki, İsmayıl Haniyə iyulda Tehrandakı iqamətgahında raket zərbəsi ilə qətlə yetirilib. İranın ali dini lideri Əli Xamenei sui-qəsddə İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib. Digər tərəfdən, "Hizbullah"ın ali hərbi komandiri Fuad Şükrün Livanda öldürülməsi bu qruplaşmanın da İsrailə qarşı hiddətini artırıb. Vaşinqton, öz növbəsində, Yaxın Şərqdə mümkün İran-İsrail müharibəsinin qarşısını almaq məqsədilə regiondakı qüvvələrinin sayını artırıb.
İsrail mediası: "İran sui-qəsd planlaşdırır" |
İran ABŞ-nin təzyiqi nəticəsində guya hücum fikrindən daşındığını göstərsə də, əslində, belə deyil. İsrail mediasının ötən günlərdə yazdığına görə, "hücum bu ölkənin ali hökumət məmurlarının sui-qəsdi şəklində həyata keçirə bilər".
"Təhlükəsizlik nümayəndələr belə bir təhlükə ilə bağlı nazirlər, millət vəkilləri, ordu zabitləri, habelə "Şin-Bet" (daxili təhlükəsizlik xidməti) və "Mossad"ın (xarici kəşfiyyat agentliyi) ali rütbəli məmurlarına xəbərdarlıq göndərib", - xəbərdə diqqətə çatdırılır.
Firudin Həmidli
AzVision.az