Britaniyada COVID-19 peyvəndi vurduranlar təzminat istəyir

Britaniyada COVID-19 peyvəndi vurduranlar təzminat istəyir
  21 Avqust 2024    Oxunub:1771
Covid əleyhinə peyvəndlərdən sonra səhhəti kəskin şəkildə pisləşən 14 mindən çox Britaniya vətəndaşı məhkəmələrə üz tutub.
AzVision.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

İnsanlar iddia edir ki, məhz peyvənddən sonra insult, infarkt, onurğa beyninin iltihabı, əzaların şişməsi, üz iflici və qan laxtalanması kimi yan təsirlərə məruz qalıblar.

Onların bir çoxu peyvənd şirkətlərindən kompensasiyalar alıblar.

Məlumatda o da qeyd olunur ki, zərərçəkənlərin təxminən 97%-i "AstraZeneca", 3%-i isə "Pfizer" və ya "Moderna" peyvəndlərindən şikayətçidir.

AzVision.az




Teqlər:





Xəbər lenti