Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artdı

Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artdı
  21 Avqust 2024    Oxunub:1284
Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin direktoru Stepan Atoyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda 41 xəstə xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Bildirilib ki, yoluxma halları Ermənistanın Araqatsotn bölgəsində qeydə alınıb.

"Rusiya, İsrail, ABŞ, Şərqi Avropa ölkələrindən fərqli olaraq qonşu dövlətlərdə bu infeksiyaya yoluxma halları aşkarlanmayıb. Xəstəliyə qarşı xüsusi peyvənd və dərman yoxdur. Ağır hallarda Qərbi Nil virusu sinir sisteminə təsir göstərir",- deyə Atoyan qeyd edib.

Bundan əvvəl qızdırmadan bir nəfərin öldüyü məlum olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ermənistan   QərbiNilvirusu  





Xəbər lenti