Kamala Harrisin prezidentliyə namizədliyi təsdiqləndi

“Namizədləriniz olmaq bizim üçün böyük şərəfdir. Bu kampaniya xalqın gücünə əsaslanır və biz birlikdə irəliyə doğru yeni bir yol açacağıq”, - Viskonsindən videoəlaqə vasitəsi ilə qurultayda çıxış edən Kamala Harris deyib.
Kamala Harris və onun vitse-prezidentliyə namizədi Minnesota qubernatoru Tim Uolts avqustun əvvəlində onlayn səsvermədə səslərin əksəriyyətini qazanaraq Demokratlar Partiyasının rəsmi namizədləri olublar.
Onların namizədliyini təsdiqləyən Demokratlar Partiyasının Milli qurulatayı avqustun 19-22-də Çikaqoda keçirilir. Qurultayın son günündə Kamala Harris çıxış edəcək.
ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edərək, Demokrat Partiyasından namizədi kimi vitse-prezidenti Kamala Harrisi dəstəkləyib.
Sahil İsgəndərov
AzVision.az