ABŞ Haitinin keçmiş prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Haitinin keçmiş prezidentinə qarşı sanksiyalar tətbiq edib
  20 Avqust 2024    Oxunub:788
ABŞ Haitinin keçmiş prezidenti Mişel Martelliyə (2011-2016) narkotik qaçaqmalçılığında iştirakına görə sanksiyalar tətbiq edib.
AzVision.az APA-ya xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, Haitinin keçmiş lideri narkotiklərin qanunsuz dövriyyəsini asanlaşdırmaq üçün vəzifəsindən sui-istifadə edib və ölkədəki çoxsaylı qruplara maliyyə dəstəyi göstərib.

Dövlət Departamenti qeyd edib ki, bu, Haitidə siyasi qeyri-sabitliyin artmasına və təhlükəsizliyin azalmasına səbəb olub.

Sanksiyalar Martellinin Birləşmiş Ştatlarda aktivlərinin dondurulmasını nəzərdə tutur.

AzVision.az



Teqlər:





Xəbər lenti