Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələndi

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələndi
  20 Avqust 2024    Oxunub:779
Ermənistanın müdafiə naziri Suren Papikyan “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin sədri olarkən yol verdiyi qanun pozuntularına görə cərimələnib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, Papikyan 2022-ci ildə “Siyasi partiyalar haqqında” qanunu pozaraq, təxminən 11,4 milyon dram (təxminən 30 min dollar) məbləğində xərclərin nağd şəkildə ödənilməsinə icazə verib. Halbuki, bütün xərclər nağdsız şəkildə aparılmalıdır.

Xərclərin şərtlərini aydınlaşdırmaq üçün aprel ayında komissiya 2022-ci il üçün bank hesablarından bütün çıxarışları təqdim edən “Vətəndaş müqaviləsi” tərəfinə müraciət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti