Akademik: “Azad edilmiş torpaqlarımızda seçki hüququmuzun bərpa olunması tarixi hadisədir”
Onun sözlərinə görə, Milli Məclisə budəfəki seçkilərin əvvəlki seçkilərdən fərqi ondadır ki, indi azad edilmiş torpaqlarımızda da seçki hüquqlarımız bərpa olunub: “Artıq yerli əhali Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ırazilərdə də öz deputatını seçə biləcək. Bu, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Bu seçkilər həmçinin bütün dünyada yaşayan azərbaycanlılar üçün qürur doğuran bir hadisədir”.
S. İmamverdiyev onu da bildirib ki, hər zaman ölkəmizdə azad və demokratik seçki mühiti olub və ölkəmizin zəngin seçki təcrübəsi var: “İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Bu hadisə biz ağsaqqalların da qüruru və sevincidir. Əminik ki, bu seçki də şəffaf və uğurlu keçəcək”.
AzVision.az
Teqlər: