Blinken Misir Prezidenti ilə görüşüb - FOTO

   Blinken Misir Prezidenti ilə görüşüb -    FOTO
  20 Avqust 2024    Oxunub:1095
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüş keçirib.
Görüşə Misirin xarici işlər naziri Bədr Əbdülati, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil və ABŞ-nin bu ölkədəki səfiri Herro Mustafa da qoşulublar.

Prezident Əs-Sisi Qəzzadakı müharibənin regiona yayılması riskindən narahatlığını dilə gətirib.

"Belə bir təhlükənin nəticəsini təsəvvürümüzə gətirmək çox ağırdır", - o vurğulayıb.

İsrail-HƏMAS atəşkəs danışıqlarının növbəti sammiti üçün Yaxın Şərqə gəlmiş Antoni Blinken dünən İsraildə də bir sıra görüş keçirib. O bu ölkənin Prezidenti ilə görüşü əsnasında:
Blinken: "Bu, axırıncı fürsətdir"

"Bu, əsirləri evlərinə qaytarmaq, atəşkəslə bağlı razılığa gəlmək və hər kəs üçün sülh və təhlükəsizliyi qərarlaşdırmaq üçün taleyüklü məqamdır, bəlkə də son fürsətdir", - o söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Misir   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti