Avropaya giriş rəqəmsallaşdırılır
"Qanuna əsasən, komissiya rəsmi qərarı təsdiqləməzdən qabaq müxtəlif mərhələlərdən keçməlidir. Hazırda axırıncı sınaq mərhələsindəyik. Qürurla deyə bilərəm ki, sistem 10 noyabrda qüvvəyə minəcək", - xanım komissar diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu dəyişiklik hər il ərzində Avropaya gələn təqribən 700 milyon turistə təsir göstərəcək. Layihə, eyni zamanda, 450 milyon avropalı üçün "daha çox təhlükəsizlik" təminatıdır.
(Avropa Komissiyasının daxili işlər komissarı İlva Yohansson)
Məlumata görə, yeni giriş-çıxış sistemi xarici pasportların yoxlanılmasını avtomatlaşdıracaq. Qeyri-Avropa İttifaqı vətəndaşlarının müvafiq məlumatları "Şengen" sərhədlərində rəqəmsal şəkildə qeydə alınacaq. Pasportun növü, biometrik məlumatlar (barmaq izi, üz skanı), giriş və çıxış tarixi, yeri kimi şəxsi məlumatlar sistemdə 3 il saxlanılacaq.
Yeni sistemin tətbiqi "sərhəd təhlükəsizliyini gücləndirmək, qanunsuz miqrasiyanın qarşısını almaq, habelə qaydaları pozan, saxta sənədlərlə Aİ-yə girməyə çalışan şəxsləri müəyyənləşdirmək" məqsədi daşıyır.
Firudin Həmidli
AzVision.az