Mask: "ABŞ hökumətində vəzifə tutmağa hazıram"

      Mask:    "ABŞ hökumətində vəzifə tutmağa hazıram"
  20 Avqust 2024    Oxunub:945
Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask ABŞ Prezident seçkilərində sabiq lideri seçilərsə, "hökumətdə vəzifə tutmağa hazır olduğuna" eyham vurub.
O özünün "X" hesabında:

"Xidmət etməyə hazıram", - yazıb.

Maskın bu sözlərlə bərabər paylaşdığı foto da diqqət çəkir. Süni intellektlə yaradılmış fotoda o, "Hökumətin Səmərəliliyi Departamenti" yazılmış tribuna arxasında dayanıb. Bu adın ingiliscə qısaltması "Doge" internet meminə çevrilmiş kriptovalyuta simvolunun - gülümsəyən it şəklinin adıdır.

ABŞ-dəki prezidentlik yarışında Donald Trampı dəstəklədiyini açıqlayan tanınmış sahibkarın vəzifəyə gəlmək niyyəti təktərəfli deyil. Tramp seçkidə qalib gələcəyi təqdirdə Maska öz administrasiyasında "müəyyən vəzifə, yaxud məsləhətçi mövqeyi verə biləcəyini" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   seçkilər   Mask   Tramp  





Xəbər lenti