İsrail Qəzzada öz əsgərlərini güllələyib

İsrail Qəzzada öz əsgərlərini güllələyib
  20 Avqust 2024    Oxunub:981
İsrail Qüdafiə Qüvvələri Qəzza zolağına təşkil etdiyi hava hücumlarında öz əsgərlərini güllələyib.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının cənubunda həyata keçirilən uğursuz hava hücumunda 1 əsgər ölüb, 6 nəfər isə yaralanıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarələrinin Xan Yunus bölgəsində müxtəlif hədəfləri vurduğu, raketlərdən birinin isə çoxmərtəbəli binaya düşdüyü bildirilib. Texniki nasazlıq nəticəsində hədəfin yerinə İsrail əsgərləri vurulub. Verilən açıqlamada belə bir hadisənin ilk dəfə yaşandığı bildirilib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları 318 gündür davam edir. Hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 40 min 139 fələstinli həyatını itirib, 92 min 743 nəfər isə yaralanıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İsrail   Qəzza   müharibə  





Xəbər lenti