Rusiya MN: Ukrayna "Kursk" AES-ə zərbə endirməyə hazırlaşır
Bildirilib ki, adıçəkilən ölkənin regionun radiaktiv maddələrlə çirklənməsivə səbəb olan texnogen fəlakət yaratmaq niyyətini reallaşdırmaq cəhdlərinə qarşı sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək.
Məlumatda həmçinin bu cür addımların Rusiyanı bu stansiyanı atəşə tutmqda ittiham etmək, bununla da Ukraynanın AES-lərinə zərbələn endirilməsinə zəmin yaratmaqdan ibarət olduğu vurğulanıb. Qeyd olunub ki, bu addımlar BMT-nin 13 aprel 2005-ci ildə qəbul etdiyi “Nüvə terrorçuluğu ilə mübarizə haqqında” qətnamənin tələblərinin pozulmasıdır:
“Kiyev rejiminin kontinentin Avropa hissəsində texnogen fəlakət yaratmaq və böyük ərazilərin radioaktiv maddələrlə çirklənməsinə yönələn addımlarına cavab olaraq dərhal sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək” – məlumatda belə deyilir.
AzVision.az
Teqlər: