Afrikada meymunçiçəyindən 1400-dən çox insan ölüb

   Afrikada meymunçiçəyindən 1400-dən çox insan ölüb
  17 Avqust 2024    Oxunub:959
Afrikanın 17 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları müəyyən edilib.
Qeyd olunub ki, qitədə virusa yoluxanların ümumi sayı 38 mini keçib, 1400-dən çox insan ölüb. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Bronvin Nikol bildirib ki, bütün qitədə kəskin test və peyvənd çatışmazlığı hiss olunur ki, bu da yoluxma hallarının artmasının qarşısını almağı ciddi şəkildə çətinləşdirir.

Meymunçiçəyi əsasən tropik meşələrin yaxınlığında yerləşən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində rast gəlinən nadir virus xəstəliyidir.

AzVision.az


Teqlər:





Xəbər lenti