İzmirdəki meşə yanğınının səbəbi məlum olub

İzmirdəki meşə yanğınının səbəbi məlum olub
  17 Avqust 2024    Oxunub:871
Türkiyənin İzmir vilayətində meşəlik ərazidə başlayan yanğın üç nəfərin piknik məqsədilə getdikləri ərazidə yandırdıqları tonqal səbəbindən baş verib.
Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib. Onun sözlərinə görə, aparılan istintaq nəticəsində yanğın hadisələri ilə bağlı İzmirdə 2, Boluda isə 4 nəfər saxlanılıb.

Nazir əhaliyə xüsusilə sentyabrın 15-ə qədər yanğınlara qarşı tədbirli olmaları ilə bağlı xəbərdarlıq edib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən son məlumata əsasən, hazırda İzmir, Aydın, Bolu, Muğla ve Manisa vilayətlərində baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir.

Bu bölgələrə ümumilikdə 90 aviatexnika, 1218 vasitə və 4717 nəfərdən ibarət canlı qüvvə cəlb edilib. Qabaqlayıcı tədbirlər çərçivəsində 3583 nəfər təxliyə olunub. Türkiyənin bütün aidiyyatı qurumları bu bölgələrə səfərbər edilib. Yanğınların baş verdiyi ərazilərə yaxın bölgələrdəki vətəndaşların təxliyəsi davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti