Yanğının evlərə keçdiyi Doğançay və Sancaklı məhəllələrində bəzi yaşayış evləri boşaldılıb. İzmirin Karşıyaka rayonunun Yamanlar məhəlləsində dünən gecə saatlarında başlayan yanğının söndürülməsi üçün işlər davam edir.
Hadisə yerinə 5 təyyarə, 15 helikopter, 46 su tankeri, 10 su təchizatı bloku, 4 dozer və 4 yer briqadası cəlb olunub. Məlumata görə, bir kənd tamamilə boşaldılıb. Ölən və xəsarət alanan yoxdur.



Həmidə İbrahimova
AzVision.az