Pakistanda meymunçiçəyinin yeni növü aşkarlanıb

Pakistanda meymunçiçəyinin yeni növü aşkarlanıb
  16 Avqust 2024    Oxunub:1035
Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma halı aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu
Yeni epidemiya: Meymundan insana viruslu "çiçək"
barədə Pakistan Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Virusa yoluxan şəxsin bu yaxınlarda Yaxın Şərqdən Pakistana qayıtdığı məlum olub. Nazirlik ştammın müəyyən edilməsi üçün əlavə araşdırmaların aparılacağını vurğulayıb.

Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı Afrikada meymunçiçəyi xəstəliyinin yayılmasını beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edib .

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   meymunçiçəyi   virus   Pakistan   ÜST  





Xəbər lenti