Özbəkistanla ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlıq müzakirə edilib

Özbəkistanla ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlıq müzakirə edilib
  06 Avqust 2024    Oxunub:1093
Azərbaycanla Özbəkistan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti