Blinken: "Yaxın Şərq daha ağır münaqişəyə doğru gedir" |
"Bir yandan İsraili silahlandırmaq, digər yandan ona müharibəni dayandırması üçün yalvarmaq əsl komediyadır. Bu, beynəlxalq münasibətlər yox, uşaq oyunudur. Tehran və Beyrutdakı sui-qəsdlər açıq-aydın sübutdur ki, (İsrailin Baş naziri Benyamin - red.) Netanyahu özü də müharibəni bitirmək niyyətində deyil", - jurnalist vurğulayıb.
O həmçinin İran və Livanın İsrailə mümkün hücumu ehtimalına da toxunub.
"İsrail vətəndaşları bu barədə çox narahatdırlar. Əksəriyyət çətin günlərə hazırlaşaraq özünə azuqə yığır. Hər halda, bu elə də ciddi məsələ deyil", - Gideon Levi bildirib.
Firudin Həmidli
AzVision.az