Haniyənin məhz Tehranda öldürülməsinin səbəbi açıqlanıb

   Haniyənin  məhz Tehranda  öldürülməsinin səbəbi açıqlanıb
  01 Avqust 2024    Oxunub:1215
İsrailin xüsusi xidmət orqanları Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanı əldə etsələr də, məhz İrana səfəri zamanı ona qarşı sui-qəsd törədilməsi qərarı veriblər.
İsrailin xüsusi xidmət orqanlarındakı mənbələrinə istənad edən “The Jerusalem Post” qəzeti belə məlumat yayıb.

“Təhlükəsizlik mənbələri bildiriblər ki, Haniyənin təhlükəsizliyinə məhz İranın cavabdeh olduğu anda Tehranın mərkəzində sui-qəsd cəhdi seçimi edilib. Əgər İsrailin kəşfiyyat xidmətləri istəsəydilər, Qətərdə Haniyəni yox edə bilərdilər. Lakin iki səbəbə görə Tehranı seçdilər: birincisi, HƏMAS liderindən yaxa qurtarmaq üçün. Daha çox isə, İranı gələcəkdə onun Yaxın Şərqdə alovu nə dərəcədə yüksəltmək istədiyi və həmçinin necə cavab verəcəyi ilə bağlı dilemma ilə üz-üzə qoymaq üçün”, - qəzet yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Haniyə   Tehran   qətl  





Xəbər lenti