Lapid: "Müharibə tək çıxış yolu deyil"

      Lapid:    "Müharibə tək çıxış yolu deyil"
  01 Avqust 2024    Oxunub:1147
İsrail müxalifətinin lideri, "Yesh Atid" ("Gələcək var") Partiyasının sədri Yair Lapid İsrail-HƏMAS müharibəsinin 300-cü günü münasibətilə öz fikirlərini bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Fəlakətdən 300 gün keçib. 300 gündür ki, əsir götürülən vətəndaşlarımız yerin altındadırlar. Hökumət isə bizi yalnız müharibəyə, "əbədi müharibə"yə sürükləyir. Belə getsə, təkcə düşməni deyil, özümüzü də məğlub edəcəyik. Hərçənd xatırlamalıyıq ki, döyüşdən savayı çıxış yolu var. Əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlməli, vətəndaşlarımızı evlərinə qaytarmalıyıq", - müxalifət lideri vurğulayıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Onun bu sözlərlə Yaxın Şərqdə getdikcə şiddətlənən eskalasiya riskinə eyham vurduğunu da müəyyən mənada duya bilərik. Çünki HƏMAS terror təşkilatının lideri İsmayıl Haniyənin Tehranda raket zərbəsi nəticəsində ölməsi İranın, habelə bu ölkənin başqa tərəfdaşlarının, digər tərəfdən, ABŞ-nin də müharibəyə qoşulması ehtimalını artırıb. Belə bir şəraitdə, Yair Lapidin vurğuladığı kimi, region "əbədi müharibə"yə sürüklənəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   İran   müharibə  





Xəbər lenti