Xamenei İsrailə hücum əmri verib

   Xamenei İsrailə hücum əmri verib
  01 Avqust 2024    Oxunub:1576
"Müharibənin genişlənməsi, İsrail və ya ABŞ-nin İrana zərbə endirməsi halında həm hücum, həm də müdafiə planları hazırlayın".
AzVision.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei ötən gün HƏMAS lideri İsmayıl Haniyənin Tehranda ölməsinin ardınca Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında söyləyib.

Məlumatı "New York Times" nəşrinə açıqlamada ölkənin üç (ikisi SEPAH üzvü) adı çəkilməyən rəsmi nümayəndəsi bildirib. Onların dediyinə görə, İran İsrailin Tel-Əviv və Heyfa şəhərlərinə PUA hücumları həyata keçirə bilər. Eyni zamanda, "cavab əməliyyatına Tehranın regiondakı: Suriya, İraq və Yəməndəki tərəfdaşlarının da cəlb edilməsi" nəzərdə tutulur.

Xamenei dünən həmçinin İsmayıl Haniyənin ölümü ilə bağlı başsağlığı müraciətində:

"O, İran ərazisində şəhid olduğu üçün qisasını almağı özümüzə borc bilirik. Sionist rejim bu əməli ilə özü üçün ağır cəzaya zəmin hazırladı", - söyləyib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   İsrail   hücum  





Xəbər lenti